İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2024-cü ili 271 min manat zərərlə başa vurub. 2023-cü ildə Mərkəzin zərəri 162 min manat olub ki, bu da illik müqayisədə zərərin 67.3% artması deməkdir.
Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməliyyat gəlirləri 2 dəfəyə yaxın artaraq 450 min manat, qeyri-əməliyyat gəlirləri 0.5% artaraq 2 milyon 598 min manat təşkil edib.
31 dekabr 2024-cü il tarixinə Mərkəzin cəmi aktivləri 5 milyon 386 min manat, cəmi öhdəlikləri 17 min manat, cəmi kapitalı isə 5 milyon 369 min manat olub.
Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (IITKM) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında yaradılıb.