15 C
Baku
Friday, March 29, 2024

İqtisadi məhkəmənin sədri və hakimi vəzifəsindən azad edildi

Azərbaycanda 3 hakim vəzifəsindən azad edilib.

Bununla bağlı Məhkəmə-Hüquq Şurasının iclasında qərar qəbul edilib. 

Qərara əsasən, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri Natiq Abbasov (1969) və hakimi Kamil Rzayev (1964), Göygöl Rayon Məhkəməsinin hakimi Rafiq Məmmədov tutduğu vəzifədən azad olunaraq başqa işə keçiriliblər. Banker.az xəbər verir ki, məlumatı Report agentliyi yayır.

Həmçinin qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib.

Son xəbərlər
Digər xəbərlər