23 C
Baku
Thursday, April 25, 2024

İqtisadi məhkəməyə müraciət edən “Meqa Sığorta”dan irad tutulub: Kağız deyil, onlayn edilməlidir

“Meqa Sığorta” ASC Şirvan şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Banker.az xəbər verir ki, Sığorta Şirkəti Şirvan İnzibati-İqtisadi Məhkəməsniə müraciət edərək, 4 898,66 manat yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin məbləğinin tutularaq iddiaçı “Meqa Sığorta” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələbinə görə iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilir.

Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən iqtisadi mübahisələr üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

Göründüyü kimi, qanunvericilik iqtisadi mübahisələr üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata
keçirilməsini müəyyən etmişdir. Belə olduğu halda iddia ərizəsi məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. İddiaçı isə iddia ərizəsini məhkəməyə kağız daşıyıcıda təqdim etmişdir”, – deyə məhkəmənin qərarında deyilir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər