9 C
Baku
Friday, December 13, 2024

İqtisadi möcüzə: Tayvan dünyanın 21-ci iqtisadiyyatına necə çevrildi və niyə super güclər onun uğrunda mübarizə aparır?

Avqustun 2-si bütün dünyanın diqqəti Çin sahillərində yerləşən, kiçik adalar silsiləsi olan Tayvana yönəldi. Bu qismən tanınan dövlət ətrafında, ehtirasların intensivliyi baxımından Hollivud döyüş filmlərindən geri qalmayan bir hekayə oynadı. 82 yaşlı konqresmen Nensi Pelosi Tayvana səfərə gələrək bir çox ölkələri təşvişə saldı və ABŞ ilə Çin arasında hərbi qarşıdurma ehtimalını hər zamankindən daha da real etdi. Bundan əlavə, bütün dünyanı mikroçiplər, yarımkeçiricilər və ayfonsuz qalma riski ilə üz-üzə qoydu. Necə oldu ki, kiçik bir dövlət yüksək texnologiyalı elektron məhsullar bazarında inhisarçıya və dünyanın iqtisadi cəhətdən inkişaf etmiş, qismən tanınan dövlətinə çevrildi?

Diskleymer: Pekin 1949-cu ildən ÇXR-dən müstəqilliyi elan etmiş Tayvan adasını öz ərazisi hesab edir. Tayvanın (və ya Çin Respublikasının) suverenliyi cəmi 14 dövlət tərəfindən tanınır. ABŞ “vahid Çin” siyasətinə sadiq olsa da, buna baxmayaraq, ada ilə güclü iqtisadi və siyasi əlaqələr saxlayır.

Necə olu ki, Tayvan “anti-Çin”ə çevrildi?

Tayvanın gələcək iqtisadi möcüzəsinin əsasları hələ 1895-ci ildə qoyulmuşdur. Sonra Çin-Yaponiya müharibəsi bitdi və ada “əbədi olaraq” Yaponiyaya keçdi (sonuncu bunun sayəsində Asiyada yeganə qeyri-Avropa müstəmləkə gücünə çevrildi).

Tayvanın biznes potensialını görən ilk ölkə məhz Yaponiya oldu: o, burada dəmir yolları, fabriklər, zavodlar və müdafiə sistemləri tikməyə başladı. Sənayeləşmə Tayvanın xeyrinə oldu və tezliklə immiqrantların axını başladı.

1950-ci ildə Çində vətəndaş müharibəsində millətçi Homindan rejiminin məğlubiyyətindən sonra qondarma Çin Respublikası ABŞ-dan tam dəstək və himayə aldı. Beləliklə, Tayvan “anti-Çin” və “kapitalizmin vitrini” rolunu oynamağa başladı.

Çində İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Homindan Partiyasının rəhbərlik etdiyi Çin Respublikası hökuməti ilə azad edilmiş rayonların ərazilərinə nəzarət edən Kommunist Partiyası arasında münasibətlər gərginləşdi.

1949-cu il – müasir Çin və onunla birlikdə bütün dünya tarixinin dəyişdiyi ildir. ABŞ üçün bu, şok oldu.

00

Hər şey bu mühüm məğlubiyyətlə “süpürüldü” – Soyuq Müharibənin kommunist blokuna qarşı ilk Amerika uğurları, Truman Doktrinası, NATO-nun yaradılması, Marşal Planı, Berlini təchiz etmək üçün qurulmuş hava nəqliyyatı. Çin İkinci Dünya müharibəsində qalib gələn dörd gücdən, yeni yaradılmış BMT Təhlükəsizlik Şurasının kommunist düşərgəsinə daxil olan beş daimi üzvdən biri oldu.

Nə olursa olsun, Çan Kayşi amerikalıların köməyi ilə materikdən onun nəzarətində olan yeganə əraziyə – Tayvana təxliyə edildi. Çinli mühacirlərin ümumi sayı o zaman təxminən 2 milyon nəfər təşkil edirdi. 1970-ci illərin əvvəllərinə qədər Birləşmiş Ştatlar və müttəfiqləri Çan Kayşini Çinin yeganə qanuni hökmdarı kimi tanıdılar, hətta 1971-ci ilə qədər ona BMT Təhlükəsizlik Şurasında yer verdilər.

Ada 1988-ci ilə qədər hərbi diktatura olmasına baxmayaraq, ABŞ-dan dəstək almağa davam edirdi. Müxalifət partiyalarına qadağa qoyuldu, hökuməti tənqid edənlər ciddi şəkildə təqib edildi, korrupsiya çiçəkləndi. Lakin bu, Çan Kayşiyə demokratiyadan danışmağa mane olmadı.

“Demokratiya – azadlıqdır, başqalarının azadlığını və ya hüquqlarını pozmayan azadlıqdır. Ciddi nizam-intizamı qoruyan və qanunu həyata keçirilməsi üçün zəmanət verən azadlıq. Yalnız bu, əsl azadlıqdır, ancaq bu, əsl demokratiya yarada bilər”, – Çan Kayşi deyirdi.

O, kommunizmi də kəskin tənqid etməyə çəkinmirdi: “Çin Kommunist Partiyası – təbii hadisə deyil. Bu, Sovet İttifaqının məhsuludur. Layiqli həyat tərzinə, xüsusən də Çindəki həyat tərzinə sığmayan bir törəmədir, hansıkı Homindonun “bədənində” parazitlik etməyə başladı. Çin cəmiyyətinə nüfuz etmək, təxribatçı fəaliyyətlər həyata keçirmək, qarşıdurmalara səbəb olmaq və ardınca da Homindon bayrağı altında işçiləri, kəndliləri və digər əhali kütlələrini sinfi mübarizəyə sövq etmək üçün”.

555

Tayvanın iqtisadi möcüzəsinin sirri: fermerlər, mikroçiplər və Apple istehsalı

İndi Tayvan iqtisadiyyatı ÜDM-ə görə dünyada 21-ci yerdədir. Eyni zamanda, ölkə dünyada 15-ci ən böyük ixrac təchizatçısıdır. Təchizatın əsas payı Çin və Honkonqun payına düşür – 42%. ABŞ-ın payı 15%-dən, Rusiyanın payı isə 0.3%-dən azdır. Lakin bu həmişə belə olmayıb. 70 il əvvəl ada nəinki ixracatçı idi, həm də əkinçilikdən gəlir əldə edirdi.

Bu gün bildiyimiz kimi, Tayvan iqtisadiyyatının formalaşma illəri əsasən Çan Kayşinin hərbi diktaturası dövründə baş verdi. Aktiv dəyişikliklər 1953-cü ildə başladı, bir tərəfdən hökumət sovet ərzaq proqramına yaxın olan “dördillik planları” təqdim etdi. Digər tərəfdən, “hər şumlayana öz tarlası” şüarı ilə aqrar islahat aparıldı. Beləliklə, Tayvanda güclü fermer təbəqəsi meydana gəldi.

Növbəti addım yümgül sənaye olu. 1972-ci ildə orta işçinin maaşı gündə $1.62 idi – bu, Yaponiya və ABŞ-ın dəstəyi ilə güclü təchizat yaratmağa imkan verdi (60-cı illərdən 80-ci illərə qədər ixracın artım dinamikası ildə təxminən 20% təşkil edirdi və 1968-ci ildə yüngül sənaye ÜDM-in payında ilk dəfə olaraq kənd təsərrüfatı sektorunu üstələdi).

ABŞ-ın investisiyaları da Tayvan iqtisadiyyatının fəal inkişafında böyük rol oynadı. 1951-1965-ci illər ərzində ABŞ Tayvana $2 milyard hərbi və təxminən $1.5 milyard iqtisadi yardım köçürtdü.

1970-ci illərə qədər Tayvan əsasən aqrar ölkə idi. 1970-ci illərdən başlayaraq dövlətin dəstəyi ilə həm birbaşa maliyyələşdirmə, həm də güzəştli şərtlərin yaradılması, təhsil sisteminə investisiyarın qoyulması ilə Tayvan möcüzəsi deyilən bir şey yarandı. Elektron sənaye inkişaf etməyə başladı, o əvvəlcə Amerika korporasiyaları üçün komponentlərin tədarükünə yönəldi.

Elektronika dövrü Tayvanda 80-ci illərin əvvəlində başladı. İqtisadiyyatı sənayedən yüksək texnologiyaya qədər yenidən qurmaq üçün ABŞ və ya Yaponiyaya təxminən 20-30 il lazım olduğu halda, Tayvan cəmi yeddi il ərzində keyfiyyətcə sıçrayış etdi. Və sənayenin əsas oyunçularından birinə çevrildi.

Beləliklə, 1987-ci ildə dünyanın ən böyük mikroçip zavodu olan “TSMC” meydana gəldi. Hal-hazırda şirkət yarımkeçirici çiplər istehsalı üzrə qlobal bazarın 52% -ni tutur.

“United Microelectronics Corporation” – Tayvanın daha bir mikroelektronika istehsalçısıdır, hansıki bu gün qlobal bazarın ilk beşliyinə daxildir. Qeyd edək ki, adada həmçinin “Apple” məhsullarını yığan “Foxconn” (1974-cü ildə yaradılıb) yerləşir.

Tayvanın güclü neft-kimya sənayesi, inkişaf etmiş enerji sektoru var, lakin eyni zamanda öz təbii ehtiyatları azdır. Və məhz bu ağrılı məqamda (eləcə də yuxarıda qeyd etdiyimiz Tayvan mallarının güclü idxalı ilə bağlı) Nensi Pelosinin son səfərindən qəzəblənən Çin artıq ona təzyiq göstərməyə başlayıb.

66

Tayvana qarşı hansı sanksiyalar artıq tətbiq edilib və yüksək texnoloji blokadanın nəticəsi nə olacaq?

Nensi Pelosinin Tayvana səfəri fonunda Çin müvəqqəti olaraq adaya təbii qum tədarükünə və oradan sitrus meyvələri və bəzi balıq məhsullarının idxalına qadağa qoyub. Ümumilikdə, məhdudiyyətlər Tayvanda 100-dən çox qida şirkətinin 3000-dən çox məhsuluna təsir edib. Və bu son deyil.

Tayvanın ən böyük çip istehsalçıları “TSMC” və “UMC”nin səhmləri Tayvanda vəziyyətin pisləşməsi fonunda 3% ucuzlaşıb. Eyni zamanda, “TSMC” Çinin işğalı halında Tayvandakı zavodunun tamamilə bağlanmaq məcburiyyətində qalacağı barədə xəbərdarlıq edib.

Amma ən maraqlısı odur ki, Tayvan müəssisələrinin çoxu Çinin materik ərazisində fiziki fəaliyyət göstərir: orada işçi qüvvəsi daha ucuzdur və nadir torpaq metalları da daxil olmaqla, lazımi maddi resurslar var.

Eyni zamanda, “Apple”, “Qualcomm”, “Nvidia”, “AMD”, “Intel”, “Huawei” və bir çox başqaları kimi əsas oyunçular indi “TSMC” zavodunda çiplərin istehsalından asılıdır. Beləliklə, dolayısı ilə demək olar ki, hər kəs Çin sanksiyalarından təsirlənə bilər.

Son xəbərlər
Digər xəbərlər