11 C
Baku
Monday, November 25, 2024

İqtisadi nəzəriyyələr və dieta

Müxtəlif dietalar hər şeydən öncə ona görə populyardır ki, minimal şərtlərlə möhtəşəm nəticələr vəd edirlər. Bir çoxları çəki itirmək arzusu ilə alışıb-yansalar da, onlardan az bir hissəsi özünü gündəlik, geniş qida rasionundan məhrum edir və fiziki tapşırıqları yerinə yetirir. İnsanların əksəriyyəti “möcüzəvi” məhsulu məsləhət görən “ekspertlərin” sözlərinə asanlıqla inanır. Belə ki, insanlar yeni, daha asan şərtlərə sahib dietanın onların artıq çəkidən xilas olmalarına kömək edəcəyinə inanmaq istəyirlər.

Bəzi “əldəqayırma” iqtisadi nəzəriyyələr də eyni prinsiplər əsasında populyardırlar. Bu nəzəriyyələrin müəllifləri çətin və daimi problemləri asan yolla həll etmək arzusunda olan siyasətçiləri cəlb etməyi bacarırlar.

1980-ci ildə kiçik bir xəyalpərəst iqtisadçı qrupu ABŞ prezidentliyinə namizəd Ronald Reyqana öz seçkiqabağı kompaniyasına gəlir vergisi dərəcələrinin endirilməsi barədə məlumatları da əlavə etməyi məsləhət görürlər. Onlar belə iddia edirdilər ki, gəlirin böyük hissəsinin saxlanması imkanı amerikalıların daha əzmlə işləməsinə və daha yüksək əmək haqqının axtarılmasına stimul olacaq. Əslində isə vergi dərəcələri enəcək, vergi daxilolmalarının həcmi əhəmiyyətli dərəcədə artacaq. Bütün professional iqtisadçılar, hətta Ronald Reyqanı bəzi vergilərin azaldılması fikrini dəstəkləyənlər belə “xəyalpərəst iqtisadçıların” bu məsləhətini həddindən artıq optimist qərar olaraq qiymətləndirmişdilər. Vergi dərəcələrinin aşağı olması insanları intensiv əməyə cəlb edə bilərdi və bu əlavə cəhdlər müəyyən dərəcədə faiz dərəcələrinin azaldılması təsirini kompensasiya edə bilərdi. 1980-cı ildə öz namizədliyini həmçinin irəli sürmüş və ABŞ-ın gələcək prezidenti Corc Buş bu ideyanı “Şaman nəzəriyyəsi” adlandırmışdı. Lakin xəyalpərəstlər tərəfindən təqdim edilən ideyalar Ronald Reyqana inandırıcı təsir bağışlamışdı və bu ideyalar onun seçkiqabağı kampaniyasının və 1980-ci illərin iqtisadi siyasətinin əsasını təşkil edirdi.

Kifayət qədər yüksək nəticələr vəd edən dietalara riayət edən insanlar öz sağlamlıqlarını riskə atır və çox nadir hallarda gözlədikləri nəticələrə nail olurlar. Xəyalpərəst və yaxud fırıldaqçı iqtisadçıların məsləhətlərinə qulaq asan siyasətçilər də çox nadir hallarda gözlədikləri nəticələri əldə edirlər. Ronald Reyqan prezident olduqdan sonra ABŞ Konqresi vergi dərəcələrinin azaldılması barədə qanun qəbul edir. Lakin vergidaxilolmalarının həcmi artmır və bir çox iqtisadçının proqnoz verdiyi kimi federal rəhbərlik uzun müddətlik büdcə kəsri dövrünə daxil oldu. Nəticədə isə ölkə ABŞ tarixində ən böyük dövlət borcu ilə üz-üzə dayandı.

Son xəbərlər
Digər xəbərlər