15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“İqtisadi paket 3,5 milyard manatı ötəcək”

Screen Shot 2021 09 02 at 14.34.20

“Əvvəlki dövrdə bu iqtisadi 1 milyard dəyərləndirilirdi, sonra 2,5 milyard manat dəyərləndirildi. İndiki verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3,5 milyard manatı ötəcək”

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, əsas məsələ insanların sağlamlığı və rifahıdır: “Bu sosial tədbirlərin həyata keçirilməsi nəticəsində biz həm əhalinin sosial müdafiəsini gücləndirəcəyik, həm də sahibkarlara dəstək verəcəyik. Ən önəmlisi insanların həyatını və sağlamlığını qoruyacağıq. Əminəm ki, Azərbaycan xalqı karantinin uzadılmasını düzgün başa düşəcək. Bu hər birimiz üçün böyük çətinliklər törədir. Ancaq insanların həyatı, sağlamlığı hər şeydən önəmlidir”.

Prezident onu da bildirib ki, insanların vəziyyətini tənzimləmək üçün çox böyük iqtisadi və sosial paket təqdim olunur: “Əvvəlki dövrdə bu iqtisadi 1 milyard dəyərləndirilirdi, sonra 2,5 milyard manat dəyərləndirildi. İndiki verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3,5 milyard manatı ötəcək. Nə qədər lazımdırsa, biz bunu edəcəyik. Azərbaycan bütün imkanlarını səfərbər edib ki, bu məsələdən ən az itkilərlə çıxsın və insanların həyatını qorusun. Post pandemiya dövrünə hazır olsun. Əminəm ki, biz bunu təmin edəcəyik”.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər