28 C
Baku
Tuesday, July 23, 2024

İqtisadi Şurada sosial-iqtisadi artım proqnozları müzakirə edilib

Bu gün İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə növbəti iclas keçirilib.

Banker.az xəbər verir ki, Nazirlər Kabinetindən  verilən məlumata görə, iclasda bu ilin ötən dövründə iqtisadi vəziyyət, qlobal və regional iqtisadi proqnozlar, Azərbaycanda 2023-cü il və ortamüddətli dövr üçün sosial-iqtisadi artım proqnozları, o cümlədən neft-qaz sektorunun proqnozları, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi, investisiya təşviqi və iqtisadi sahədə şəffaflığın təmin edilməsi ilə bağlı dəyişikliklərin layihəsi, Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin indikatorları üzrə görülmüş işlər, icra olunmalı tədbirlər və digər cari məsələlər müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi və “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Katibliyinin hesabatı dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

a9583c36 3e7b 3a77 81af 448aab9269a5

Son xəbərlər
Digər xəbərlər