İqtisadi Şuranın növbəti iclası keçirilib.
Banker.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncamından irəli gələrək maliyyə-bank sistemində qanunvericilik aktlarına təklif olunan dəyişikliklərin layihələri ətraflı müzakirə olunub.
İclasda Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzəsi dinlənilib və qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.