10 C
Baku
Tuesday, November 26, 2024

İqtisadi uğur qazanmış diktatorlar: Fransisko Franko

İqtisadiyyatın inkişafı müəyyən dövlərdə birbaşa olaraq ayrı-ayrı şəxslərlə bağlı olmuşdur. Bir çox ölkələr vətənlərinin inkişafını məhz bu diktatorlara borclu olmuşlar.

Banker.az saytı olaraq öz dövlətinin iqtisadi artımına nail olmuş əcnəbi diktatorları və onların buna nail olma üsullarını təqdim edir: 

Fransisko Franko, İspaniya (1939–1975)

 Dünya mətbuatının dərc etdiyi karikaturalarda Fransisko Franko əlində ucundan qan daman bir balta tutan şəkildə təsvir edilirdi. Bu zaman Franko faşist İtaliyasının və Üçüncü reyxin tərəfdaşı hesab edilirdi. Müharibə başa çatdıqda vətəndaş müharibəsindən tamamilə dağılmış İspaniya iqtisadi cəhətdən təcrid olunmuş şəkildə idi. Diktatorun siyasəti “iqtisadi millətçilik” elan etməsindən başqa çıxış yolu idi.

Gözləntilərə baxmayaraq, bu milli iqtisadiyyatın dirçəlməsinə səbəb oldu. Bu əsas olaraq, sənaye sahələri üçün dövlət subsidiyaları sayəsində baş tutsa da, fəhlə və məhbusların əməyindən istismar da vacib rol oynadı. Franko hakimiyyətə gələrkən, aşağı və orta təbəqənin maraqları üzrə fəaliyyət göstərəciyini vəd etsə də, əslində fermer və icarədarların sayı azalır, işçi tətilləri isə qadağan edilirdi. Bu zaman ispan sənayesini əsas təcəssüm etdirən cəhət monopoliya olur, kənd təsərrüfatında isə ön plana nəhəng kapitalist təsərrüfatları və torpaq mülkiyyətçiləri çıxır.

Franko başa düşürdü ki, onun uğurları əlverişli şəraitlə bağlıdır, rejimin möhkəmləndirilməsi üçün isə güllələnmə və repressiya sayı azlıq təşkil edir. ABŞ və SSRİ arasında münasibətlər soyuqlaşmağa başladıqda o tərəflərdən birinə yaxınlaşmaq barədə düşündü və nəticədə İspaniya iqtisadi təcrid olunma vəziyyətindən çıxa bildi.

Franko 1975-ci ildə vəfat etdikdə isə İspaniya dünyanın nəhəng sənaye mərkəzlərindən birinə çevrilir. Lakin bununla belə, Franko Mussolini, Hitler və Stalinin daxil olduğu diktatorlar reytinqinə əlavə edilmir. Qeyd edək ki, Franko vəsiyyətnaməsində tökdüyü qanlara görə üzr istəmişdir.

Son xəbərlər
Digər xəbərlər