9 C
Baku
Friday, December 13, 2024

İqtisadi uğur qazanmış diktatorlar: Məhəmməd Pəhləvi

İqtisadiyyatın inkişafı müəyyən dövlərdə birbaşa olaraq ayrı-ayrı şəxslərlə bağlı olmuşdur. Bir çox ölkələr vətənlərinin inkişafını məhz bu diktatorlara borclu olmuşlar.

Banker.az saytı olaraq öz dövlətinin iqtisadi artımına nail olmuş əcnəbi diktatorları və onların buna nail olma üsullarını təqdim edir:

 Məhəmməd Pəhləvi, İran (1941-1979)

Məhəmməd Pəhləvinin atası sovet və ingilis qoşunlarının ölkəni işğal etməsi səbəbi ilə taxtdan getməli olur. SSRİ və Böyük Britaniya ilə müttəfiqlik sazişi bağlayan Məhəmməd Pəhləvi ilkin olaraq ölkənin idarə edilməsi prosesinə qarışmırdı. 1949-cu ildə şaha sui-qəsd törədilməsinə cəhd edildikdən sonra onun səlahiyyətləri zamanla genişlənməyə başladı. Böyük Britaniya və ABŞ tərəfindən sərmayələşdirilən ölkədə dövlət çevrilişi nəticəsində o bütün hakimiyyəti öz əlinə alır. Belə olduqda, İranın sonuncu imperatoru Məhəmməd Reza Pəhləvi ölkənin müasirləşdirilməsinə başladı və bu siyasət “Ağ inqilab” adını aldı.

Bu zaman İranda avtoritar rejim qüvvədə idi. Diktatura təmin edildikdən sonra zaman islahatlara gəlib çatır. Neft satılmasından əldə edilən gəlirlər aqrar islahatlara yönəldilir. Sənayeləşmədə çevriliş baş verdi. Beləliklə İran dünya kapitalist sisteminə inteqrasiya edir. Lakin sürətlə gedən müasirləşmə prosesi iqtisadi inkişafda balansın pozulmasına gətirib çıxardı və 1970-ci ildə inflyasiya yaranır, rüşvətxorluq geniş yayılır, əhalinin aşağı və yuxarı təbəqəsi arasında uçurum genişlənir. Şah bu problemləri sona qədər həll edə bilmədi. Onun repressiv siyasəti isə bir sıra üsyanlara səbəb olur və nəticədə 1979-cu ildə Pəhləvinin ölkədən qovulması ilə bitir. Bundan sonra isə o bir neçə il ömür sürdükdən sonra 1980-ci ildə Misirdə dünyasını dəyişir.

Son xəbərlər
Digər xəbərlər