10 C
Baku
Thursday, December 12, 2024

İqtisadi uğur qazanmış diktatorlar: Məhəmməd Suharto

İqtisadiyyatın inkişafı müəyyən dövlərdə birbaşa olaraq ayrı-ayrı şəxslərlə bağlı olmuşdur. Bir çox ölkələr vətənlərinin inkişafını məhz bu diktatorlara borclu olmuşlar.

Banker.az saytı olaraq öz dövlətinin iqtisadi artımına nail olmuş əcnəbi diktatorları və onların buna nail olma üsullarını təqdim edir:

Məhəmməd Suharto, İndoneziya (1966-1998)

Hacı Məhəmməd Suhartonun rəhbərliyi ölkədə böyük bir antikommunist qırğın ilə başlayır. Bu zaman hərbi general üsyanın qarşısını ala bilir və  bu zaman 300 000 insan həlak olur. Kommunistlərin məğlubiyyətindən sonra İndoneziya SSRİ və ÇXR-sı ilə münasibətlərini kəsir. Suharto ABŞ-ın dəstəyi ilə ölkəni qərbə tərəf çevirir. Məhz amerikalı iqtisadçılar islahat planlarını hazırlamışdılar.

Ölkə bir neçə il ərzində qeyri-sabit siyasi mühit sayəsində yaranmış iqtisadi böhrandan çıxa bilir və 1970-ci illərdən etibarən sabit artım templəri nümayiş etdirməyə başlayır. Bu uğurlar xarici borclar və təbiət resurslarının qiymətinin artırılması, həmçinin əhalinin əməyinin istismar edilməsi sayəsində əldə edilir.

İqtisadiyyatın demək olar ki, bütün gəlirli sahələri Suharto və onun yaxın adamlarının əlində cəmlənmişdi və o iqtisadi yüksəliş üçün diktator amerikan texnologiya və investisiyalarından istifadə etməyi düşünmürdü. Suhartonun rəhbərlik etdiyi 30 il ərzində hər beşinci indoneziyalı həftədə cəmi 1 dollar gəlir əldə edirdi.

Qeyri-sabit İndoneziya iqtisadiyyatı 1997-ci ildə Asiya maliyyə böhranının ilk qurbanlarından birinə çevrilir. İndoneziya iqtisadiyyatında həlledici rol oynayan xarici kapital axını güclü iqtisadi böhrana gətirib çıxarır. Bu zaman sənaye istehsalatı azalır, işçilərin ixtisar olunmasına başlanılır və bu da son nəticədə kütləvi etirazlara səbəb olur.

Hakimiyyətin zorla əlindən alınmasını gözləməyən Suharto tez bir zamanda prezident vəzifəsindən istefa verdiyini elan edir. Vəzifədən getdikdən sonra Suhartonu rüşvətxorluq səbəbi ilə cinayət məsuliyyətinə cəlb etmək istəsələr də, yaşı və xəstə halını nəzərə alaraq istintaq dayandırılır. İndoneziya maliyyə böhranından tam olaraq 2007-ci ildə xilas ola bilib.

Son xəbərlər
Digər xəbərlər