8 C
Baku
Monday, November 18, 2024

İqtisadi Zonaların İnkişafı Agentliyi əmlakın mühafizəsi üçün 1 milyon manat xərcləyəcək

İqtisadi Zonaların İnkişafı Agentliyi publik hüquqi şəxs “Kapital Security” QSC ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Sumqayıt Kimya Sənaye Parkının 167,66 hektar, 127,96 hektar, Pirallahı Sənaye Parkının 30 hektar, “Azəralüminium” ASC-nin istifadəsində olan Sumqayıt şəhəri, Metallurgiya küçəsi 1 ünvanında yerləşən 67,35 hektar və Sumqayıt Kimya Sənaye Parkının qərb sərhədi boyunca yerləşən 8,05 hektar (3,92 hektar və 4,13 hektar), Neftçala, Hacıqabul, Sabirabad və Masallı Sənaye Məhəllələrində, həmçinin Agentliyin Nəsimi rayonu, Bülbül prospekti 20 ünvanında yerləşən inzibati binasının (axşam saat 18:00-dan səhər saat 09:00-a dək) 2023-cü il üçün əmlakın mühafizəsi üzrə iş və xidmətlərin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 857 706 manatdır.

Son xəbərlər
Digər xəbərlər