19 C
Baku
Friday, October 4, 2024

İqtisadiyyat ƏSF-u bu ilin II rübünün nəticələrini açıqlayıb

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bu ilin II rübünün nəticələri barədə məlumat yayıb.

Fond bildirir ki, II rübdə fiziki şəxslərin əmanətləri 6 min 335 milyon manat olmaqla ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 66 faizini təşkil edib. Fiziki şəxslərin cəmi əmanətlərinin 45,2 faizi qorunmayan, 54,8 faizi isə qorunan əmanətlərdir. Kompensasiya olunan əmanətlər 1931 milyon manat olub ki, bu da qorunan əmanətlərin 55 faizidir.
Qorunan əmanətlərin 62 faizi manatın, 34 faizi ABŞ dollarının və 4 faizi avronun payına düşür.

ƏSF-yə üzv olan banklar 6 milyon 73 min 126 əmanətçiyə xidmət göstərir, onların da 5 milyon 504 min 255 nəfəri qorunan əmanətçidir. Hazırda Fondun sığorta ehtiyatları 84,3 milyon manatdır.

Sərbəst vəsaitlərinin idarə olunması fondun investisiya siyasətinə uyğun həyata keçirilir. Manatla olan vəsaitlərin 69,53 milyon manatı dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirlilik 4,34 faiz olub. Fondun 5 milyon avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə edilir.
Fondun iştirakçısı olan banklarınən sayı 42-dir.

ƏSF əmanətçilərin diqqətinə çatdırır ki, 2014- cü il mayın 19-dan üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faizdən 9 faizə endirilib və bu tarixdən üzv banklarda illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmayan əmanət hesab olunur.

Sığorta hadisəsi baş verərsə əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 min manatdır.

AzərTac

Son xəbərlər
Digər xəbərlər