12 C
Baku
Monday, November 25, 2024

İqtisadiyyat haqqında ən populyar yanlış inanclar

İqtisadiyyatda da həyatda olduğu kimi çoxlu sayda yanlış inanc və yalan stereotiplər mövcuddur. Business Insider nəşri belə inancların ən populyar olanlarını təyin etmiş və onların məntiqsizliyinə aydınlıq gətirmişdir.  

Hökumət “pul çap edir”

Hökumət əslində “pul çap” etmir. Monetar sistemdə istifadə olunan pulların böyük hissəsi bnak kreditlərinin verilməsi prosesi sayəsində peyda olur. Hökumət pul nişanlarının (banknot və qəpik) fiziki olaraq peyda olmasına cavabdehdir. Pulların bu forması bank hesablarından istifadəni yüngülləşdirmək üçün mövcuddur. Onlar bank sistemi vasitəsilə yayılır, belə ki, bank müştərilərinin bu formada olan pullara ehtiyacları var.

Banklar “kreditləşmə üçün rezervlərdən” istifadə edirlər

Bu yalan inanc pul multiplikatoru konsepsiyası sayəsində mövcuddur. Onun mahiyyəti belədir: 100 dollar rezervə malik olan bank tezliklə onu 10 və daha artıq dəfə artırır. Bu bir neçə il əvvəl hiperinflyasiya haqqında proqnozların yaranmasına əsas səbəb idi. Lakin banklar kredit verilməsi haqqında son qərarı müəyyən miqdarda fondda olan məbləğ əsasında vermirlər. Onlar pula ehtiyacı olan kredit öhdəliyini yerinə yetirmək qabiliyyəti olan müştərilərə borc verirlər. Əgər heç kimin borca ehtiyacı yoxdursa maliyyə təşkilatı kredit vermir. Rezervlər beynəlxalq sistemdə saxlanılır və lazım olduğu halda konkret banklara istiqamətləndirilir.

ABŞ hökumətinin pulları bitir və o dövlət borcunu ödəməlidir

Belə hesab edilir ki, dövlət borcu mütləq olaraq ödənməlidir. Lakin bu heç də elə deyil. Məsələ ondadır ki, dövlət borcu ABŞ-ın yarandığı andan artmağa başlayıb və artmaqda da davam edir. Buna səbəb olan amillərdən biri də Amerika vətəndaşlarının tələbatlarının zamanla genişlənməsidir. Prinsip olaraq, mütləq olaraq “borcu ödəmə” öhdəliyi yoxdur. Lakin bu fakt dövlət borcunun yaxşı bir cəhət olduğu kimi başa düşülməməlidir.

FES-i gizli bankir qrupu tərəfindən yaradılıb və məqsədi ABŞ iqtiadiyyatını çökdürməkdir

FES (Federal ehtiyat sistemi) – qəliz və dolaşıq təşkilat olsa da, o pul siyasətini həyata keçirmək üçün yaradılmamışdı. FES Amerika ödəniş sistemini sabitləşdirmək və banklara hesablaşma palatasını təklif etmək məqsədilə yaradılmışdı ki, banklar da öz növbəsində burada beynəlxalq hesablaşmaları həyata keçirə bilərdi. Beləliklə, FES-in əsas məqsədi banklara kömək etmək idi, ABŞ iqtisadiyyatını məhv etmək üçün yox.

İqtisadiyyat elmdir

İqtisadiyyatı tez-tez elm adlandırırlar, halbuki iqtisadiyyat daha çox siyasi baxışların itisadiyyatın adı altında gizlədilməsidir. Keyns iqtisadi alimin tərəfdarları iddia edirlər ki, hökumət daha yaxşı nəticələrə nail olmaq üçün daha çox pul xərcləməlidir. Pul miqdarı nəzəriyyəsinin tərəfdarları əmindirlər ki, FES daha müstəqil siyasət həyata keçirməlidir. Mühafizəkarlar hesab edirlər ki, dövlət strukturları ləğv edilməlidir, çünki onlar ancaq zərər gətirir. Bütün bu “məktəblər” siyasi baxışlardan asılı olaraq özünün iqtisadi nəzəriyyəsini yaradır və bu da öz növbəsində dolaşıqlığa gətirib çıxarır. İqtisadiyyat  – “zalım elmdir” və burada öz siyasi ideyalarını iqtisadiyyat vasitəsilə irəli çəkən siyasi analitiklər dominantlıq edir.

Son xəbərlər
Digər xəbərlər