2 C
Baku
Tuesday, January 20, 2026

İqtisadiyyat naziri: “11 ayda vergilərdən büdcəyə 6,8 mlrd manat ödənilib”

“Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına təsirlərinin yumşaldılması istiqamətində mühüm işlər görüb”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib .

Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində iqtisadi tənəzzülü nisbətən yumşaltmaq mümkün olub: “Bu ilin yanvar-noyabr aylarında vergilər hesabına dövlət büdcəsinə 6,8 milyard manat vəsait daxil olub. O cümlədən qeyri-neft sektoru üzrə daxilolmalar artıb. Bunun da səbəblərindən biri qeyri-neft sektorunda çalışan işçilərin əmək haqqının tam şəkildə vergi sisteminə daxil olmasıdır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər