2 C
Baku
Friday, January 16, 2026

İqtisadiyyat naziri dövlət şirkətləri ilə bağlı vacib siqnallar verdi

“2021-ci ildən başlayaraq iri dövlət müəssisələri tərəfindən dövlətə ödənilən dividentlərin büdcə gəlirlərində böyük yer tutacağı perspektivini görürük”.

Banker.az xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə büdcə müzakirəsi zamanı deyir.

“Bu büdcə gəlir mənbələrinin genişlənməsi istiqamətində atılmış vacib addımdır. Bütün bu imkanların yaxın illərdə reallaşması yaxın illərdə dövlət büdcəsinin mənbələrinin genişlənməsinə – bütövlükdə ölkədə yeni şaxələnmiş iqtisadi modelin uğurla gerçəkləşməsinə, investisiya-biznes mühitinin isə tamamı ilə yeni simasının formalaşmasına güclü təkan verəcəkdir. Bu perespektivlər və strateji çağırışlar fonundan yaranmış fürsətlərdən səmərələnmək üçün təbii ki, yeni nəsil struktur islahatların həyata keçməsi , iqtisadi mühit və idarəetmədə mövcud problemlərin daha sürətlə həll olunması aktuallaşmaqdadır.

Bu baxımdan, rəqəmsal və innovativ iqtisadiyyatın formalaşdırmasını sürətləndirmək, kiçik və orta sahibkarlığın iqtisadiyyatın başlıca qüvvəsinə çevirmək, ixrac imkanlarını genişlənirmək, iqtisadiyyatda effektiv maliyyə vasitəçiliyini təmin etmək, o cümlədən kapital bazarını dərinləşdirmək, dövlət müəssələrinin bazar iqtisadiyyatının tələblərinə uyğun şəffaf və effektiv fəaliyyətinin təmin etmək və inkluziv inkişafa nail olmaq kimi qarşımızda yeni vəzifələr durur”.

 

Son xəbərlər
Digər xəbərlər