3 C
Baku
Saturday, December 14, 2024

İqtisadiyyat naziri İtaliyada səfərdədir

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyada səfərdədir.

Nazirliyin məlumatına əsasən, onun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Parlamentinin senatoru Culio Terzi ilə görüşüb. Görüşdə Azərbaycan və İtaliya arasında uğurlu tərəfdaşlıq əlaqələrinin, iqtisadiyyatın müxtəlif sahələrində o cümlədən, ticarət, enerji, nəqliyyat və sair istiqamətlərdə inkişaf etdirildiyi vurğulanıb.

Tərəflər iqtisadi əməkdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparıb və yeni təşəbbüslərin artırılmasının əhəmiyyətini qeyd ediblər.

İqtisadiyyat nazirinin İtaliya Parlamentinin Xarici Ticarət Komitəsinin sədri Andrea Di Cüzeppe ilə görüşdə isə ticarət tərəfdaşlığının yüksək potensialı vurğulanıb, bu imkanların reallaşdırılması, xüsusilə, biznes subyektləri arasında əlaqələrin inkişafı və qarşılıqlı investisiyaların artırılması məsələləri ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, ölkəmizdə sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, o cümlədən Ələt Azad Ticarət Zonasında, sənaye zonalarında, işğaldan azad olunmuş ərazilərimizdə tətbiq olunan güzəştlər İtaliya şirkətləri üçün də yeni və səmərəli biznes imkanları təqdim edir.

M.Cabbarov İtaliyanın Lazio regionunun prezidenti Françesko Rokka ilə də görüşüb. Tərəflər Azərbaycan-İtaliya tərəfdaşlığı çərçivəsində Lazio regionu ilə qarşılıqlı maraq doğuran iqtisadi məsələləri və özəl sektorda birgə fəaliyyətin təşviqi üçün perspektivləri nəzərdən keçiriblər.

Görüş İtaliyanın biznes subyektlərinin təmsilçilərinin iştirakı ilə davam etdirilib. İşgüzar dairələr arasında sənaye, energetika, o cümlədən “yaşıl” enerji, nəqliyyat-logistika, aqrar və digər sahələrdə yeni tərəfdaşlıqların qurulmasına dair fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın və Lazio regionunun biznes və investisiya imkanlarına dair təqdimatlar nümayiş etdirilib.

cce9ded7 9d1c 3535 b410 56718545a478 72cbf124 37e0 38d2 be5d 973235aa1181 5bdf3d1f 7250 3868 b4c7 7bfefa395283 8f13bafe da33 3a75 9e5c 24f3b60510cb 0c531a84 6bd3 3b9e 9468 20c53cd4c5a6 65f88520 e27a 352d 80ca d20c3fb5e36d

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər