İqtisadiyyat naziri Mikayıl Cabbarov bankirlər ilə görüşdü

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qarabağ Dirçəliş Fondunda Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının nümayəndələri ilə görüşüb.

Bu barədə nazir “Twitter” hesabında yazıb.

O qeyd edib ki, görüşdə dövlət-özəl tərəfdaşlığı, bərpa-quruculuq işlərində bankların rolu, investisiya qoyuluşlarına qeyri-dövlət vəsaitlərinin cəlb edilməsi məsələlərini müzakirə olunub.

“Dövlətin, cəmiyyətin, biznes dairələri və bankların birgə əməkdaşlığı işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesinə əhəmiyyətli töhfə verə bilər”, – nazir əlavə edib.

Son xəbərlər
Digər xəbərlər