-1 C
Baku
Sunday, December 15, 2024

İqtisadiyyat naziri Özbəkistanda səfərdədir

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.

Bunu nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Dost ölkədən olan həmkarlarımızla keçirəcəyimiz görüşlərdə birgə fəaliyyətimizi genişləndirmək üçün yeni imkanları dəyərləndirmək niyyətindəyik”, – deyə o qeyd edib.

Səfər çərçivəsində bu gün Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının 13-cü iclası keçiriləcək. Həmçinin, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasının, eləcə də Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla görüş keçirilməsi nəzərdə tutulur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər