“Dünyada baş verən iqtisadi böhran, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ölkə iqtisadiyyatına da öz təsirini göstərir”.
Bu fikirləri “Veysəloğlu” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədzadə deyib. O bildirib ki, ölkə prezidenti tərəfindən ardıcıl həyata keçirilən düzgün düşünülmüş və məqsədyönlü siyasət nəticəsində sahibkarlara yaradılmış münbit şərait, əlverişli iqtisadi mühit və möhkəm hüquqi əsasları olan qanunvericilik bazası iş adamlarını daha böyük zərərlə üzləşməsinin qarşısını almışdır: “Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliyinin qorunub saxlanılması, baş vermis iqtiadi böhranın fəsadlarının minimuma endirilməsi istiqamətində həyata keçirilən müxtəlif Dövlət Proqramları və özəl sektora tətbiq olunan müxtəlif güzəştlər ölkə rəhbərinin sahibkarlara xüsusi diqqətindən xəbər verir.
Son zamanlar pərakəndə ticarət sektorunda yaranmış çətinliklərlə bağlı ölkədə fəaliyyət göstərən iri supermarketlər şəbəkələrinin adından Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevə ünvanladığımız müraciətimizə nazirlik tərəfindən qısa bir zamanda reaksiya verilmişdir.
19 aprel tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev və Vergilər Nazirliyinin səlahiyyətli şəxsləri ilə ölkənin iri supermarket şəbəkələrinin rəhbərləri arasında görüş keçirilmişdir. Görüşdə İqtisadiyyat naziri sahibkarların hər birini dinləmiş, onların qarşılaşdıqları çətinliklər ilə maraqlanmışdır. Nazir bildirilmişdir ki, daxil olmuş müraciət diqqətdə saxlanılır, qeyd olunmuş məsələlər nəzərdən keçirilir. Cənab nazir həmçinin qeyd etmişdir ki, özəl sektorun inkişafı, sahibkarlığa dəstək daim cənab Prezidentin diqqət mərkəzindədir və dövlət qayğısı ilə əhatə olunmaqdadır”.
MIA