İqtisadiyyat naziri ÜDM və inflyasiya ilə bağlı proqnoz açıqlayıb

Azərbaycanda ÜDM-nin 2020-ci ildə 3 faiz, növbəti illərdə orta hesabla 3.3 faiz artacağı, habelə növbəti il üçün inflyasiyanın 4.6 faiz, sonrakı üç il üçün isə 4 faiz ətrafında olacağı gözlənilir.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin iclasında büdcə müzakirələri zamanı deyib.

“Neft-qaz sektorunda 2020-ci ildə 1.6 faiz, növbəti illərdə orta hesabla 3 faiz artım proqnozlaşdırılır. İqtisadiyyatın prioritet sahəsi olan qeyri-neft sektorunun 2020-ci ildə 3.8 faiz, növbəti illərdə isə orta hesabla 3.5 faiz artacağı proqnozlaşdırılır” – deyə, nazir bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları