Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarında dəyişiklik edilib.
Banker.az xəbər verir ki, protokolu İqtisadiyyat Nazirliyinin Kollegiya sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov imzalayıb.
Həmin qərara görə bu dəyişikliklər edilib,
- Həmin Qərarla təsdiq edilmiş “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:
1.1. 8.9.2.5-ci yarımbənddə “həyata keçirən” sözlərindən sonra “fiziki” sözü əlavə edilsin;
1.2. 8.18.1-ci yarımbənddə “təqdim edən” sözlərindən sonra “fiziki” sözü əlavə edilsin;
1.3. 8.18.3-cü yarımbənddə “notarius tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi müqavilələrinin təsdiqi” sözləri “fiziki şəxslərin torpaq, yaşayış və qeyri-yaşayış sahələrini təqdim etməsi üzrə müqavilələrin notarius tərəfindən təsdiqi” sözləri ilə əvəz edilsin;
1.4. 8.18.3.2-ci yarımbənddən “106.1.16-cı,” sözləri çıxarılsın.
- Həmin Qərarla təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 36.1.16-cı yarımbənddə “təqdim edən” sözlərindən sonra “fiziki” sözü əlavə edilsin;
2.2. 46-3.1.2-ci yarımbənddən “və kiçik” sözləri (hər iki halda) çıxarılsın;
2.3. 46-3.1.3-cü yarımbənddə “iri” sözündən sonra “, orta” sözü əlavə edilsin.
(46-3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsinin yoxlanılması
46-3.1.3. Kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasiblərinin peşəkar mühasiblər olması.)