24 C
Baku
Cümə, Sentyabr 17, 2021

İqtisadiyyat Nazirliyi 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyasının hazırlanması üçün alt işçi qrupları formalaşdıracaq

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Sərəncamının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti İqtisadiyyat nazirliyinə tapşırıqlar verib.

Bu, Baş nazirin müvafiq sərəncamında əksini tapıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

Strategiyanın layihəsini komissiyada təmsil olunan və digər aidiyyəti qurumlarla birlikdə 7 ay müddətində hazırlayıb komissiyaya təqdim olunmasını təmin etsin;

15 gün müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb komissiyaya təqdim etsin:

-Strategiyanın hazırlanması üçün komissiyada təmsil olunan qurumların nümayəndələrindən ibarət alt işçi qrupların formalaşdırılması;

-qəbul ediləcək dövlət proqramlarının, digər sənəd və tədbirlərin ümumi siyahısı.

-Strategiyanın hazırlanması prosesinə qabaqcıl beynəlxalq təşkilat və ixtisaslaşmış məsləhətçi şirkətlərin, aidiyyəti dövlət orqanlarının (qurumların), elmi təşkilatların, mütəxəssis və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması və səmərəli əməkdaşlığın həyata keçirilməsini təmin etsin;

-görülən işlərə dair rübdə bir dəfədən az olmayaraq komissiyanın sədrinə hesabat təqdim etsin;

bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər