10 C
Baku
Wednesday, April 16, 2025

İqtisadiyyat Nazirliyi 2025-ci il üzrə inflyasiya proqnozunu artırıb

Azərbaycanda İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsi, eləcə də antiinflyasiya tədbirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5.1% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2029-cu ildə 3.8% olacağı gözlənilir.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsində bildirilir.

Bu 2024-cü ilin oktyabrında yayımlanan açıqlamada 2025-2028-ci illər üzrə 4,6, 4,0, 3,8 və 3,8 faiz proqnozlaşdırılmışdı.

Beləliklə, 2025-ci il üzrə inflyasiya proqnozu 0.5 faiz bəndi yüksəldilib.

333

Son xəbərlər
Digər xəbərlər