20 C
Baku
Friday, October 24, 2025

İqtisadiyyat Nazirliyi alkoqollu içkilər üçün minimum qiymətlər təqdim etdi: SİYAHI

İqtisadiyyat Nazirliyinin Kollegiyası alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətlərin müəyyən edilməsi barədə qərar qəbul edib.

Banker.az xəbər verir ki, Qərar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda edilmiş dəyişikliklərin icrasını təmin etmək məqsədilə 13 oktyabr 2025-ci il tarixində qəbul olunub.

Yeni qərara əsasən, daxili istehsal və idxal olunan alkoqollu içkilər üçün fərqli minimum qiymətlər müəyyənləşdirilib. Belə ki, 0,05 litrlik qablaşdırmada daxili istehsal məhsullarının minimum pərakəndə satış qiyməti 1,96 manat, idxal məhsullarının isə 2,43 manat təşkil edir. 0,5 litrlik qablaşdırmada bu qiymətlər müvafiq olaraq 9,50 və 14,22 manat, 0,7 litrlik içkilər üçün isə 12,42 və 19,03 manat müəyyən olunub. Ən yüksək göstərici 1 litrlik içkilər üzrə qeydə alınıb – daxili istehsal üçün 16,73 manat, idxal üçün isə 26,17 manat.

Qərarda qeyd olunur ki, “Track and Trace” (“Təqib və İzləmə”) sistemində təsdiqlənmiş qablaşdırma tutumlarından fərqli halların aşkar edilməsi zamanı Dövlət Vergi Xidməti bu barədə hər ayın 10-dək İqtisadiyyat Nazirliyinə məlumat təqdim etməlidir.

Sənədə əsasən, qərarın 1-ci hissəsi dərc edildiyi gündən bir ay sonra qüvvəyə minəcək.

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət

 

Sıra

№si

Qablaşdırma tutumu

(litrlə)

Minimum pərakəndə satış qiyməti

(ƏDV ilə, manat)

Daxili istehsal üzrə İdxal üzrə
1. 0,050 1,96 2,43
2. 0,100 2,98 3,92
3. 0,200 4,17 6,06
4. 0,250 4,95 7,31
5. 0,330 6,50 9,62
6. 0,375 7,60 11,14
7. 0,500 9,50 14,22
8. 0,700 12,42 19,03
9. 0,750 13,93 21,01
10. 1,0 16,73 26,17
11. 1,5 26,10 40,26
12. 1,75 26,33 42,85

 

 

Son xəbərlər
Digər xəbərlər