14 C
Baku
Thursday, November 21, 2024

İqtisadiyyat Nazirliyi Bakıda keçirilən COP29 tədbiri üçün ₼2.4 milyon xərcləyib

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti “İdeal Tours” Məhdud Məsuliyyəli Cəmiyyəti və COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, “İdeal Tours” MMC ilə olan müqavilədə “Bakı şəhərində keçirilən COP29 tədbiri çərçivəsində keçiriləcək tədbirlərin təşkili məqsədilə müxtəlif xidmətlər”in satın alınması nəzərdə tutulur. Bu müqavilənin dəyəri 970 500 AZN təşkil edir.

Məbləği 1 457 240 AZN olan və COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə bağlanmış müqavilə isə satınalan təşkilata “COP29 tədbiri çərçivəsində “Mavi” zonada 100 kv.m. və “Yaşıl” zonada 150 kv.m. pavilyonların icarəyə götürülməsi və adıçəkilən pavilyonlarda stendin qurulması xidmətləri”ndən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər