6 C
Baku
Sunday, December 15, 2024

İqtisadiyyat Nazirliyi “Diqlas”dakı zərər çəkmiş sahibkarlara maddi yardımın məbləğini təsdiq edib

İqtisadiyyat naziri Şahin Mustafayev Diqlas” ticarət mərkəzində yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydalarını təsdiq edib.

Aprelin 4-dən qüvvəyə minən qaydalara əsasən, ticarət mərkəzində mağaza, həmçinin anbar icarəyə götürən sahibkarlara 10 min manat məbləğində maddi yardım ayrılacaq.

Ticarət mərkzində rəfləri və ticarət obyektləri olan sahibkarlara 2 min manat məbləğində maddi yardım ayrılacaq.

Ödənişlər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçiriləcək. Şərtlərə əsasən, Agentlik 5 gün ərzində maddi yardımı sahibkarların plastik kartlarınaköçürəcək.

“Diqlas” ticarət mərkəzində yanğın martın 26-da səhər saatlarında baş verib.

Prezident İlham Əliyev martın 29-da yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə dövlət büdcəsindən ilkin olaraq 3 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Maliyyə Nazirliyi artıq bu vəsaiti İqtisadiyyat Nazirliyinin hesabına köçürüb.

Nazirliyin məlumatına görə, yanğın nəticəsində 441 sahibkara maddi zərər dəyib. 

Son xəbərlər
Digər xəbərlər