3 C
Baku
Tuesday, January 27, 2026

İqtisadiyyat Nazirliyi dövlət əmlaklarının qiymətləndirilməsi üçün 700 min manat ayırdı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən dövlət əmlaklarının qiymətləndirilməsi xidmətinin satın alınmasını həyata keçirib.

Banker.az xəbər verir ki, keçirilmiş satınalma prosedurunun nəticəsinə əsasən, qalib şirkət “Açar Qiymətləndirmə Mərkəzi” MMC olub.

Müqaviləyə əsasən, şirkət dövlətə məxsus daşınmaz əmlakların qiymətləndirilməsi xidmətini göstərəcək.

Bu məqsədlə 700 330 manat məbləğində vəsait ayrılıb.

Son xəbərlər
Digər xəbərlər