6 C
Baku
Thursday, January 8, 2026

İqtisadiyyat Nazirliyi inzibati binası üçün 6.5 milyon manat xərclənəcək

İqtisadiyyat Nazirliyinin inzibati binasında texniki xidmətlər üçün 6,5 milyon manatlıq müqavilə bağlanıb.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC inzibati binada mövcud sistemlərə göstərilən texniki xidmətlərin satın alınması ilə bağlı müqavilə bağlayıb.

Müqavilə “Azservis” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə imzalanıb.

Bağlanmış müqavilənin ümumi məbləği 6 495 555 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər