13 C
Baku
Friday, November 22, 2024

İqtisadiyyat Nazirliyi: Ötən il ÜDM-in real artım tempi proqnoza qarşı az olub

2023-ci il üçün ÜDM-in real artım tempi 1,9% proqnoza qarşı 1,1% olub. Nominal ÜDM göstəricisi 119,7 mlrd. manat proqnoza qarşı faktiki 123 mlrd. manat təşkil etmişdir ki, bu da əsasən enerji daşıyıcılarının ixrac qiymətinin büdcədə nəzərdə tutulduğundan yüksək olması ilə əlaqədar olub. Belə ki, 2023-cü ildə dünya bazarlarında “brent” markalı neftin 1 barelinin qiyməti 82,6 ABŞ dolları təşkil etmişdir (dəqiqləşdirilmiş proqnozlarda 1 barel neftin qiyməti konservativ olaraq 75 ABŞ dolları götürülüb).

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan “Ölkənin sosial-iqtisadi proqnoz göstəricilərinin hazırlanması prosesi və 2023-cü il üzrə verilmiş proqnozlar və onların reallaşması” hesabatında bildirilib.

Məlumata görə, neft-qaz sektoru üzrə faktiki real artım tempinin proqnoza nəzərən aşağı olması əsasən aidiyyəti təşkilatlar tərəfindən təqdim olunmuş neft-qaz hasilatı üzrə proqnozların faktiki göstəricidən az olması ilə bağlı olub. Belə ki, neft hasilatı 30,5 mln. ton proqnoza qarşı 30,2 mln. ton təşkil etmiş, əmtəəlik qaz hasilatı 36,9 mlrd. m3 proqnoza qarşı 36,4 mlrd. m3 olub. Proqnozlaşdırılmış qeyri neft-qaz ÜDM-nin nominal həcmi faktiki göstərici ilə üst-üstə düşmüşdür (77.7 milyard manat). Ümumiyyətlə, qeyd edilməlidir ki, fiskal gəlirlər proqnozlaşdırılarkən digər parametrlərlə bərabər qeyri neft-qaz ÜDM-nin nominal həcmləri əsas götürülür.

Qeyd edilib ki, qeyri neft-qaz sektorunun real artım tempinin proqnozları isə faktiki göstəricidən cüzi fərqlənib. (0,3 faiz bəndi az).

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər