İqtisadiyyat Nazirliyi rəqəmsal iqtisadiyyat strategiyası hazırlayır
Bunu bu gün iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “İnsan Resursları Zirvəsi 2023” tədbirində panel çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, bu gün üçün aktual olan iş yeri, tələb gələcək üçün fərqli ola bilər.
“Hər il əmək bazarına daxil olan 100 min gənc üçün nə qədər iş yeri yaradılır? Dövlət bunun üçün hansı addımları atır? Suallardan bəziləri bunlardır. Bu gün dövlət gələcək üçün bir baza hazırlayır. İqtisadiyyat Nazirliyi rəqəmsal iqtisadiyyat strategiyası hazırlayır”,- deyə E.Əliyev bildirib.