8 C
Baku
Monday, November 18, 2024

İqtisadiyyat Nazirliyi sənaye parkları ilə bağlı qaydalarda dəyişiklik edib

Azərbaycanda sənaye parklarında hesabat-statistik məlumatların alınması qaydası dəyişib.

Banker.az xəbər verir ki, bu barədə dəyişikliyi Azərbaycan İqtisadiyyat Nazirliyinin Kollegiyası sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov imzalayıb.

Yeni qaydaya görə, bundan sonra sənaye parkının rezidentləri ilə bərabər qeyri-rezidentlərinin də fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirləcək.

Qeyd edək ki, qaydaya görə:

1. Hesabat-statistik məlumat ildə dörd dəfə rüblük dövr üçün alınır. Hesabat-statistik məlumatın alınması üçün hesabat dövrü aşağıdakı kimi müəyyən olunur:

1.1. birinci rüblük hesabat dövrü – hər ilin 01 yanvar tarixindən 31 mart tarixinə kimi (31 mart daxil olmaqla);

1.2. ikinci rüblük hesabat dövrü – hər ilin 01 aprel tarixindən 30 iyun tarixinə kimi (30 iyun daxil olmaqla);

1.3. üçüncü rüblük hesabat dövrü – hər ilin 01 iyul tarixindən 30 sentyabr tarixinə kimi (30 sentyabr daxil olmaqla);

1.4. dördüncü rüblük hesabat dövrü – hər ilin 01 oktyabr tarixindən 31 dekabr tarixinə kimi (31 dekabr daxil olmaqla).

2. Hesabat-statistik məlumat hər hesabat dövründən sonrakı ayın ilk 10 iş günündən gec olmayaraq rezident, habelə qeyri-rezident tərəfindən operatora təqdim edilir.

3. Hesabat-statistik məlumatda aşağıdakı məlumatlar göstərilir:

3.1. rezidentin, habelə qeyri-rezidentin adı və rezidentin sənaye parkının qeydiyyat şəhadətnaməsinin nömrəsi;

3.2. rezident, habelə qeyri-rezident tərəfindən istehsal (emal) olunan məhsulların (işlərin, xidmətlərin) və bu prosesdə istifadə olunan xammalın adı, həcmi və dəyəri, habelə xammalın mənşə ölkəsi;

3.3. məhsulların (işlərin, xidmətlərin) ölkə daxili satışı və ixracı ayrı-ayrılıqda göstərilməklə, satılmış məhsulların dəyəri və həcmi;

3.4. rezidentin, habelə qeyri-rezidentin işçilərinin sayı və orta aylıq əmək haqqı;

3.5. innovasiyaların tətbiq olunması (məhsullara, istehsal prosesinə və s.) ilə bağlı görülən işlər;

3.6. sənaye parkına qoyulan investisiyaların həcmi.

Son xəbərlər
Digər xəbərlər