1 C
Baku
Saturday, December 14, 2024

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri fəaliyyət planlarını deputatlara təqdim ediblər

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri Milli Məclisin İqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə görüşüb.

Banker.az İqtisadiyyat nazirliyinə istinadən xəbər verir ki, görüşdə İctimai Şuranın məqsəd və vəzifələri, “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun olaraq görülən işlər, Şuranın Fəaliyyət Planı və digər məsələlər üzrə komitə üzvlərinə təqdimat keçirilib.

Milli Məclis üzvləri ilə Şuranın fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər