25 C
Baku
Sunday, October 6, 2024

İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya seçkilər başa çatıb

İqtisadiyyat Nazirliyi yanında İctimai şurada boş qalan 7 yer üçün 22 avqust 2021-ci il tarixində seçkilər keçirilib.

İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı Seçki Komissiyasından verilən məlumata görə, seçkilərdə 9 namizəd iştirak edib. Səsvermənin nəticələrinə əsasən, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri – Azadov Elnur, Babayeva Səkinə, İsayev Fərid, Kərimov Nuran, Qaraşov Fərhad, Nuriyev Zakir və Vəliyev İlqar İctimai şuraya üzv seçiliblər.

Beləliklə, başa çatmış seçkilərin nəticələrinə əsasən, İqtisadiyyat Nazirliyi yanında İctimai şura aşağıdakı tərkibdə formalaşıb:

1. Ağayev Rövşən (“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyi)

2. Azadov Elnur “Rieltorlar assosiasiyası” İctimai Birliyi

3. Babayeva Səkinə (“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyi)

4. Həsənov Rəşad (“İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyi)

5. Muradov Ədalət (ADİU Həmkarlar İttifaqı)

6. İsayev Fərid (“Alman-Azərbaycan Xarici Ticarət Palatası” hüquqi şəxslərin ittifaqı)

7. Kərimov Nuran (“Azərbaycanda Amerika Ticarət Palatası” İctimai Birliyi)

8. Qaraşov Fərhad (“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi)

9. Nuriyev Əliməmməd (“Şəffaflıq – Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi)

10. Nuriyev Zakir (Azərbaycan Banklar Assosiasiyası)

11. Vəliyev İlqar (Vətəndaşların təşəbbüs qrupu)

Son xəbərlər
Digər xəbərlər