1 C
Baku
Cümə, Yanvar 21, 2022

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı yaradılmış komissiyanın növbəti iclası keçirilib.

İclasda bir sıra məsələlər, o cümlədən seçkilərin keçirilməsi tarixi, yeri və vaxtı müzakirələr edilib.

Seçki Komissiyasının qərarına əsasən, seçkilər avqustun 21-də, saat 12:00-dan 14:00-a qədər İqtisadi Elmi Tədqiqat İnstitutunun inzibati binasında (Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 88a ünvanında) keçiriləcək.

Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” nin tələblərinə əsasən, birgə yığıncaqda səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutları avqustun 11-nə qədər təmsilçisi haqqında məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) [email protected] elektron poçt ünvanı vasitəsilə seçki komissiyasına təqdim edə bilərlər.

Son xəbərlər
Oxşar xəbərlər