İqtisadiyyat Nazirliyi sənaye parkının qeyri-rezidentlərinin sənaye parkında həyata keçirdiyi sahibkarlıq fəaliyyəti növlərinin siyahısını təsdiq edəcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.Fərmana əsasən, nazirlik həmçinin, sənaye parkının qeyri-rezidenti ilə bağlanılan sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin (sahələrinin) icarə müqaviləsinin nümunəvi formasını müəyyən edəcək.