3 C
Baku
Tuesday, December 24, 2024

İqtisadiyyat Nazirliyində BVF missiyası ilə görüş keçirilib

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Valyuta Fondunun (BVF) Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

“Report”un Nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və BVF arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi, dünya enerji bazarındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, hökumətin bu mənfi təsirlərin minimuma endirilməsi tədbirləri və ölkənin iqtisadi siyasətindəki prioritetlərə dair müzakirələr aparılıb.

Bizi twitterdə izləyin @Bankeraz

Son xəbərlər
Digər xəbərlər