22 C
Baku
Saturday, September 28, 2024
Home İqtisadiyyat Ümumi iqtisadi xəbərlər İqtisadiyyat Nazirliyində korrupsiya ilə mübarizə daxili nəzarət şöbəsinə tapşırılıb

İqtisadiyyat Nazirliyində korrupsiya ilə mübarizə daxili nəzarət şöbəsinə tapşırılıb

0
İqtisadiyyat Nazirliyində korrupsiya ilə mübarizə daxili nəzarət şöbəsinə tapşırılıb

İqtisadiyyat Nazirliyi üzrə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə daxili nəzarət şöbəsi müəyyən edilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, müvafiq vəzifəli şəxs isə Nazirliyin Aparat rəhbərinin müavini – Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev təyin edilib.

Nazirliyin digər struktur bölmələrində də korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə və müvafiq şəxs müəyyənləşdiriləcək.

Qeyd edək ki, struktur bölmə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycanın bu il oktyabrın 14-ü tarixli qanununa uyğun olaraq müəyyən edilib.