10 C
Baku
Tuesday, April 29, 2025

İqtisadiyyat Nazirliyindən kameral vergi yoxlamaları qaydaları ilə bağlı dəyişiklik

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”a dəyişiklik edib. Sənədə İqtisadiyyat naziri Mikayıl Cabbarov imza atıb.

Banker.az xəbər verir ki, yeni dəyişikliklə, vergi ödəyicisi, sığortaedən və ya sığortalı fəaliyyətini dayandırdıqda, ləğv olunduqda və ya fəaliyyətinə xitam verildikdə, bu barədə ərizədə göstərilən tarixdən 30 gün müddətində bəyannamə təqdim etməlidir.

Qeyd edək ki, əvvəl normal fəaliyyət göstərənlərlə fəaliyyəti dayandıranlar üçün eyni qayda var idi. Halbuki, əgər bir şirkət və ya fərdi sahibkar ləğv olunubsa və ya fəaliyyəti dayanıbsa, onun daha əvvəldən bağlanmış hesabat öhdəliklərini rəsmiləşdirmək üçün ayrıca müddət təyin olunmalı idi.

Dəyişiklik 4 aprel 2025-ci il tarixli Kollegiya Qərarı ilə təsdiqlənib.

Son xəbərlər
Digər xəbərlər