-1 C
Baku
Sunday, December 15, 2024

İqtisadiyyat Nazirliyindən qeyri-kredit təşkilatları ilə bağlı qərar – 1 oktyabrdan qüvvəyə minir!

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-ci maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya bank əməliyyatı aparan şəxslərdə açılmış hesablar barədə məlumat forması”nın, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq, banklar, kredit təşkilatları və poçt rabitəsinin milli operatoru tərəfindən vergi ödəyicilərinə açılmış hesablar (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) barədə məlumat forması”nın və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 35.5-ci maddəsinə uyğun olaraq, banklar, kredit təşkilatları və poçt rabitəsinin milli operatoru tərəfindən köçürülən vergi ödəyicilərinə məxsus hesablar barədə məlumat forması” təsdiq edilib.

Banker.az xəbər verir ki, həmin qərarı İqtisadiyyat Nazirliyinin kollegiyasının sədri Mikayıl Cabbarov təsdiq edib.

Qərarda deyilir:

1. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-ci maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya bank əməliyyatı aparan şəxslərdə açılmış hesablar barədə məlumat forması” təsdiq edilsin (link kimi əlavə olunur).

2. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq, banklar, kredit təşkilatları və poçt rabitəsinin milli operatoru tərəfindən vergi ödəyicilərinə açılmış hesablar (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) barədə məlumat forması” təsdiq edilsin (link kimi əlavə olunur).

3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 35.5-ci maddəsinə uyğun olaraq, banklar, kredit təşkilatları və poçt rabitəsinin milli operatoru tərəfindən köçürülən vergi ödəyicilərinə məxsus hesablar barədə məlumat forması” təsdiq edilsin (link kimi əlavə olunur).

4. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

5. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

7. Bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələri 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-ci maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya bank əməliyyatı aparan şəxslərdə açılm

Son xəbərlər
Digər xəbərlər