12 C
Baku
Monday, November 18, 2024

İqtisadiyyat Nazirliyinin qurumu “Caspel”ə 11.5 milyon manatlıq sifariş verdi

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Caspel” MMC ilə 2 müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, 1-ci müqavilədə Hiper Konvergent İnfrastrukturunun qurulması və tətbiqi ilə bağlı malların və əlaqədar xidmətlər nəzərdə tutulur. Müqavilənin dəyəri isə 6 850 667 manatdır.

2-ci müqavilədə Verilənlərin saxlanması sistemi, məlumat saxlama sisteminin təkmilləşdirilməsi, server və məlumat saxlama avadanlıqları kommutatoru, avadanlıq və proqram təminatının texniki dəstəyinin uzadılması (Kompüter məlumat saxlama idarəetmə sistemləri) nəzərdə tutulur. Müqavilənin dəyəri isə 4 644 019 manatdır.

Son xəbərlər
Digər xəbərlər