“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Shusha Hotel Company” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “İdarəetmə məsləhət xidmətləri”nin (Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışından sonra olan fəaliyyətinin təşkili və idarəolunması ilə əlaqədar məsləhət xidmətlərinin) göstərilməsi” nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4 425 067 AZN təşkil edir.