10 C
Baku
Wednesday, December 11, 2024

İqtisadiyyat Nazirliyinin səlahiyətlərindən biri Daxili İşlər Nazirliyinə ötürülüb – fərman

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsini və onunla müvafiq müqavilənin imzalanmasını təmin etmə səlahiyəti Daxili İşlər Nazirliyinə həvalə edilib.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 586 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

2Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmandan irəli gələn zəruri tədbirlərin görülməsini təmin edilməsi tapşırılıb.

 

Son xəbərlər
Digər xəbərlər