İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nazirliyə məxsus “Tikinti-Təchizat Birliyi” MMC-ni dövlət qeydiyyatına alıb.
Yeni şirkət Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, 16 ünvanında qeydiyyatdan keçib.
Bu ünvanda həm də Dövlət Vergi Xidməti fəaliyyət göstərir. “Tikinti-Təchizat Birliyi”nin nizamnamə kapitalı 1 037 336 manat, qanuni təmsilçisi isə Anar Sabir oğlu İsgəndərovdur.