11 C
Baku
Tuesday, November 26, 2024

İqtisadiyyat sahəsində dünyanın ən nüfuzlu şəxsiyyətlərindən biri istefa etdi

Çin Mərkəzi Bankının sədri Çjou Syaoçuan istefa etdi

İqtisadiyyat sahəsində dünyanın ən nüfuzlu şəxsiyyətlərindən biri, Çin Xalq Bankına 15 il rəhbərlik edən Çjou Syaoçuan bazar ertəsi vəzifəsindən istefa edib, bu vəzifəni onun müavini Yi Gang tutub.

Qərar Ümumçin Xalq Nümayəndələri Yığıncağının ilk iclasının yeddinci plenar sessiyasında qəbul edilib. Yi Gangın namizədliyini bazar günü ikinci dəfə Dövlət Şurasının Baş naziri seçilən Li Ketsyan irəli sürmüş, deputatlar isə gizli səsvermə ilə təsdiqləyiblər.

Çin Xalq Bankının vəzifəsindən istefa etmiş sədri, 70 yaşlı Çjou Syaoçuan bu vəzifəyə 2002-ci ildə təyin edilərək bankın qurulduğu vaxtdan etibarən ən uzun müddətli rəhbəri olub. Çjou Syaoçuan iqtisadiyyat sahəsində dünyanın ən nüfuzlu şəxsiyyətlərindən biri hesab olunur.

Yi Gang 1958-ci ildə anadan olub, iqtisad elmləri doktoru, professordur. Çin Mərkəzi Bankının strukturunda 1997-ci ildən etibarən müxtəlif vəzifələr tutmuş, həmçinin Monetar Siyasət departamentinin rəhbəri olmuşdur. 2007-ci ilin dekabr ayında Mərkəzi Bankın sədr müavini, 2009-cu ilin iyul ayında isə Dövlət Valyuta Nəzarəti İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub. Çin Xalq Bankında sədr müavini vəzifəsini saxlayaraq, 2014-cü ildə iqtisadi və maliyyə məsələləri üzrə mərkəzi idarə qrupunun rəhbərinin müavini vəzifəsini tutub.

Son xəbərlər
Digər xəbərlər