14 C
Baku
Friday, May 24, 2024

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Solou vəfat edib

1987-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, amerikalı iqtisadçı Robert Solou dekabrın 21-də 99 yaşında Massaçusets ştatının Leksinqton şəhərindəki evində vəfat edib. Bu barədə cənab Soloun oğlu Con “The New York Times” qəzetinə bildirib.

Robert Solou 1924-cü ildə Bruklində anadan olub. 1956-cı ildə o, daha çox neoklassik artım modeli kimi tanınan iqtisadi artım modelini işləyib hazırlayıb. Bu modeldən istifadə edərək alim adambaşına düşən ABŞ sənaye istehsalının təxminən 4/5 hissəsinin texnoloji tərəqqinin hesabına olduğunu müəyyən edib.

1987-ci ildə cənab Solou “iqtisadi artım nəzəriyyəsində fundamental tədqiqatlarına görə” Nobel mükafatına layiq görülüb. 2014-cü ildə o vaxtkı prezident Barak Obama Robert Solou Amerikanın iki ən yüksək mükafatından biri olan Prezidentin Azadlıq medalı ilə təltif edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər