2019-cu ildə İqtisadiyyat üzrə Nobel mükafatını Abhijit Banerjee, Esther Duflo və Michael Kremer alıb.
Banker.az xəbər verir ki, “Qlobal yoxsulluqla mübarizə üzrə göstərilən səylərə görə”, – Komitənin açıqlamasında qeyd edilir.
Mükafat İsveç Dövlət Bankı tərəfində 1968-ci ildə təsdiq edilmişdir, 1985-ci ildə Nobel tərəfindən razılaşdırılmış beş əsas mükafata aid edilmir.
İqtisadiyyat üzrə Nobel mükafatı doqquz milyon İsveç kronu (təxminən 900 min dollar) təşkil edir.
Mükafatlandırma mərasimi dekabrın 10-da, Alfred Nobel-in ölüm günündə İsveçdə keçirilir.
Massaçuseç Texnologiya İnstitutundan olan fransız qadın Esther Duflo, bu mükafatı alan ikinci qadın oldu. İqtisadi idarəetmə təhlilinə görə 2009-cu ildə Amerika əsilli Elinor Ostrom iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş ilk qadın olmuşdur. O, ümumi mülklərin, o cümlədən mənbələrin insanların qrupları tərəfindən effektiv idarə oluna biləcəyini göstərdi.