10 C
Baku
Thursday, December 12, 2024

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib

1972-ci ildə Nobel mükafatına laureat olan amerikalı iqtisadiyyatçı, “Arrow” teoreminin müəllifi Kenneth Joseph Arrow 95 yaşında Kaliforniyada öz evində dünyasını dəyişib.

Banker.az The Washington Post-a istinadən xəbər verir ki, onun oğlu atasının ölüm faktını təsdiqləyib, lakin ölümün dəqiq olaraq hansı səbəblərdən baş verdiyini bilmədiyini qeyd edib.
Kenneth Arrow Nobel mükafatını 51 yaşı olarkən qazanıb və bu onu iqtisadçılar arasında ən gənc laureat etmişdi. O öz mükafatını digər bir iqtisadiyyatçı ser Con Hiks ilə birgə qazanmışdı. Arrow bir sıra görkəmli iqtisadiyyatçılara, o cümlədən iqtisadiyyat üzrə Nobel mükafatına laureat olanlara dərs keçib.Image result for Kenneth Joseph Arrow

Arrow həmçinin “Arrow” teoreminin (və yaxud “Arrow paradoksu”) də müəllifidir. Bu teorem “Kollektiv seçim”-in müvafiq mümkünsüzlüyünü sübut edir. Bu teoremin mənası ondan ibarətdir ki, ordinalist yanaşma çərçivəsində üç və daha artıq alternativ üçün fərdi üstünlükləri toplamaq metodu mövcud deyil. Bu da öz növbəsində bəzilərinə bəzi ədalətli şərtləri qarşılamaq imkanı yaradardı və məntiqi ardıcıl nəticəyə nail olmağa kömək edərdi.

 

Son xəbərlər
Digər xəbərlər