11 C
Baku
Monday, November 25, 2024

İqtisadiyyat üzrə Nobel mükafatı: Müqavilə nəzəriyyəsi

2016-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatı “Müqavilələr nəzəriyyəsi”-nə verdikləri töhfələr üçün Oliver Hart və Bengt Holmstremə təqdim edildi. İqtisadçıların araşdırması nəticəsində yaranan ideyaya əsasən, müqavilələr münaqişəli maraqların öhdəsindən gəlməyə kömək edir. 

YouControl-un maliyyə analitiki Roman Kornulyuk “müqavilələr nəzəriyyəsi”- nin əhəmiyyətini izah edir: “1-ci kurs tələbələrinin standart iqtisadiyyat dərsliklərində iqtisadi həyata və iqtisadi müqavilələrə sadələşdirilmiş baxış təqdim edilir. Modellərin yaradılması üçün real həyatdan uzaq çox saylı təkliflər irəli sürülür.

Məsələn, güman edilir ki, işçi yeni vakansiyalardan və əmək bazarında zəhmət haqqının artırılmasından asılı olaraq asanlıqla işini dəyişə bilər (öz bacarıqlarını sata); müəssisə sahibi şirkət haqqında top menecerlər səviyyəsində məlumata sahibdir və öz personalının davranışını effektiv şəkildə idarə edə bilər. Təcrübədə isə hər şey burada olduğundan çox uzaqdır. Axı məhsul/iş/kapitalın dəyərinə agent problemi, tranzaksiya gecikmələri və həmçinin keyfiyyətsiz məhsul əldə etmək ehtimalı da təsir edir”.

Ekspertin sözlərinə görə, bu aspektləri real iqtisadi nəzəriyyədə tətbiq etmək üçün müqavilələr nəzəriyyəsi yaradılmışdır. Bu nəzəriyyə nəinki qiymət və kəmiyyət amillərinə, həmçinin müqavilədə mövcud iqtisadi oyunçuların qərarlarına əhəmiyyəti dərəcədə təsir edə biləcək qeyri qiymət amillərinə də aiddir.

İşçilər, borc alanlar, ümumiyyətlə əmlakını sığortalamaq istəyənlər müqaviləyə sahibdir. Bəzi müqavilələr cəmi 1 səhifədən ibarət olduğu halda bəziləri yüzlərlə səhifəyə malikdir. Lakin hər bir müqavilənin əsas tapşırığı tərəflərin gələcək fəaliyyətlərini tənzimləməkdən ibarətdir. Bundan əlavə, müqavilə müqaviləni imzalayan tərəflər arasında riski aradan qaldırmağa xidmət edir. Müqavilələr nəzəriyyəsi isə nəyə görə müqavilələrin müxtəlif formaya sahib olduğunu aydınlaşdırır və bu formalardan hansının daha effektiv olduğunu anlamağa imkan verir.

Müqavilələr nəzəriyyəsi bu suallardan heç birinə birmənalı cavab vermir, lakin bildirir ki, müqavilə vəziyyət və məzmunun xüsusiyyətlərindən asılıdır.

Cari ilin mükafat namizədləri nəzəriyyənin təkmilləşdirilməsinə öz töhvələrini vrmişlər. Onların işi müqavilələrin real mahiyyətini, həmçinin onların təşkili zamanı yarana biləcək potensial problemləri anlamağa kömək edir. Roman Kornilyukun sözlərinə görə, müqavilələr nəzəriyyəsi neoklassik iqtisadi nəzəriyyəni əhəmiyyətli dərəcədə gücləndirmiş, mövcud iqtisadi modelləri daha dəqiq və real həyata daha yaxın etmişdir.

Nobel komitəsi müqavilələr nəzəriyyəsinin real həyatda ən yaxşı nümunəsi olaraq sığorta ilə vəziyyətə nəzər yetirməyi təklif edib. Sığorta ilə yaşanan bir çox problemlər digər müqaviləli münasibətlər üçün də keçərlidir. Məsələn, işəgötürən və əməkdaş arasında qarşılıqlı münasibət. Əməkdaş eyni anda hər iki tərəfin maraqlarını nəzərə almaqla hərəkət etsəydi (öz faydalarını və rəhbər şəxsin maraqlarını nəzərə alsaydı) xüsusi halların həll edilməsi məsələsinə ehtiyac qalmazdı.

Müqavilələr nəzəriyyəsi yalnızca müqavilələrin təşkil edilməsinin optimal formalarını və labüd dəyişiklikləri təsvir etmir. Nəzəriyyə çərçivəsində konkret modellər toplusu da mövcuddur: qeyri-məhduldar yığım, siqnallar, opportunistik davranış və natamam müqavilələr.

Nobel komitəsinin yazdığına əasən, ümumilikdə, müqavilələr nəzəriyyəsi korporativ idarəetmə və konstitusiya hüququ da daxil olmaqla bir çox sahələrə əhəmiyyətli dərəcədə təsir edib. Holmstrem və Hart-ın işləri sayəsində nəinki müqavilələrin maliyyə şərtlərini təhlil etmək üçün alətlər, həmçinin idarəetmə hüququnun bölünməsi, əmlak hüququ və müqaviləni imzalayan tərəflər arasında qərar qəbul etmə hüququnu təhlil edən alətlər də yaradıldı. Beləliklə, bazar və dövlət siyasəti sahəsində müqavilələrin təşkil edilməsi mexanizminə yeni aspektdən baxmaq imkanı yarandı.

 

Son xəbərlər
Digər xəbərlər