8 C
Baku
Monday, January 13, 2025

İqtisadiyyat üzrə Nobel mükafatına namizədlər

Keçən il İsveç Dövlət bankının Alfred Nobel xatirəsinə həsr edilmiş Nobel mükafatı ilə təltif edilən şəxslər amerikalı alimlər Yucin Fama, Piter Hansen və Robert Şiller idi. Hazırda isə bu mükafata iqtisadiyyat üzrə bir neçə əsas namizəd var idi. Qeyd edək ki, mükafatın ölçüsü 8 milyon isveç kronu (1,1 milyon dollar) təşkil edir.

Çikaqo universitetindən olan Yucin Fama maliyyə konsultasiyaları bazarının təkmilləşmədiyini və buna əsas köməyin səhm seçimində olduğunu izah etdiyi iş ilə bağlı mükafata layiq görülmüşdü.

Yel universitetindən olan Robert Şiller insan psixologiyasının iqtisadiyyatı necə idarə etdiyini və bunun dünya kapitalizminə nə üçün lazım olduğu barədə yazmışdı. O daşınmaz əmlak qiymətlərini təhlil etmişdir. Çikaqo universitetindən Lars Peter Hansen iqtisadi risklərlə bağlı işə görə mükafat almışdır.

Marty Weitzman, Bill Nordhaus, William Baumol, Sir Partha Dasgupta (Ətraf mühit iqtisadiyyatı)

Ətraf mühit haqqında elm 2014-cü ilin əsas mövzusuna çevrilə biləcəkmi? Bu iqlim dəyişikliyi ilə bağlı 2015-ci ildə Parisdə keçirilən danışıqlara müəyyən impuls verəcək. Qeyd edək ki, Nordhaus Meşə təsərrüfatı və ekoloji tədqiqatlarla bağlı Yel məktəbində iqtisadi professordur, 92 yaşlı Baumol Nyu-York dövlət universitetində çalışır, Dasgupta isə Cambridge universitetində iqtisadi professordur.

William Baumol (Sağlamlığın qorunması ilə bağlı xərclər)

Baumol ətraf mühitlə bağlı işlərindən əlavə, Qərbdə yaranmış tendensiya əsasında tibblə bağlı edilən xərclər mövsuzunu da araşdırmışdır. 1966-cı ildə Baumol belə iddia edirdi ki, təhsil və sağlamlığın qorunmasına edilən xərclər nisbi baxımdan artmağa başlayacaq və bu da öz nöcbəsində əhəmiyyətli iqtisadi problemlər yaradacaq.

Sir Anthony Atkinson və Angus Deaton (Bərabərsizlik, istehlak və sərvət)

Atkinson 2005-ci ildən etibarən Oxford kollecində baş elmi əməkdaş olaraq fəaliyyət göstərir. Həmçinin onun adı ilə adlandırılan bərabərsizlik indeksi də mövcuddur. Bu il onun “Sərt iqtisadiyyat dövründə ictimai sektorun iqtisadiyyatı” kitabı çap edilmişdir. Deaton isə öz növbəsində “sağlamlıq, sərvət və iqtisadi inkişaf” işi ilə məşhurdur. O Vudro Vilsonun məktəbində iqtisadiyyat və beynəlxalq münasibətlər professoru olaraq işləyir. Deatonun son zamanlar populyarlıq qazanan kitabı “Gəlir, sağlamlıq və dünya sərvəti: Gallup World Poll məlumatları”-dır.

Stiv Ross (Maliyyə qiymətləndirilməsi)

Ross 2012-ci ildə maliyyə sahəsi üzrə 200 min dollar həcmində Onassis mükafatı ilə təltif edilmişdir. Bu mükafat onun “arbitraj qiymət nəzəriyyəsi” kəşfinə görə verilmişdi.

Jean Tirole və Ariel Pakse (Korporativ idarəetmə)

Tirole Toulouse universitetində sənaye iqtisadiyyatı üzrə elmi rəhbərdir. Pakse isə texnoloji dəyişikliklər yolunda araşdırmalar aparmışdır.

Ken Rogoff və Carmen Reinhart (Maliyyə böhranı)

Harvard universitetinin bu iki alimi son 800 il ərzində maliyyə böhranı tarixini izləmişlər. Rogoff maliyyə və pul-kredit stimullaşdırılması mövzusunu müzakirə etdiyi bir sıra ictimai çıxışlarda iştirak etmişdir.

Heidi Williams (Texnoloji dəyişikliklərin səhiyyə bazarına təsiri)

Massaçusets texnoloji universitetinin professoru olan bu alim qadın potensial qalib qismində adı çəkilən azsaylı qadınlardan biridir. Bununla yanaşı, ola bilsin o namizədliyinin baxılması üçün çox cavandır. O son fəaliyyətinin əksəriyyətini səhiyyə iqtisadiyyatı sahəsində aparmışdır.

Son xəbərlər
Digər xəbərlər